Şəmkirdə “Mercedes” ağaca çırpılıb, sürücü ölüb

Şəmkirdə “Mercedes” ağaca çırpılıb, sürücü ölüb
# 16 fevral 2013 06:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Şəmkir rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 389-cu kilometrliyində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Nəticədə, sürücü 1971-ci il təvəllüdlü Abdullayev Xətai Hamlet oğlu həlak olaraq deformasiyaya uğrayıb, nəqliyyat vasitəsində sıxılan vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürən xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə X. Abdullayevin cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR