Səudiyyə kralı Məkkədəki faciədən sonra Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş verib

Səudiyyə kralı Məkkədəki faciədən sonra Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş verib
# 24 sentyabr 2015 21:53 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq göstəriş Səudiyyə kralı Salman ibn Əbdül Əziz Əl Saud tərəfindən verilib.

“Biz müvafiq orqanlara Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş vermişik”, deyə “Əl Ərəbiyə” telekanalı kralın bəyanatından sitat gətirib.

Qeyd edək ki, Məkkə yaxınlığında ötən gün baş vermiş izdiham nəticəsində 717 nəfər ölüb, 880-dən çox zəvvar xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR