Novruz bayramı münasibətilə Ermənistana gələn iranlı turistlərin sayı iki dəfə azalıb

Novruz bayramı münasibətilə Ermənistana gələn iranlı turistlərin sayı iki dəfə azalıb
# 23 mart 2013 09:34 (UTC +04:00)

APA-nın “epress” saytına istinadən verdiyi məlumata görə, turistlərin axını o qədər azalıb ki, İranla sərhəddə yerləşən Mehri şəhərindən İrəvana gedən avtobusların sürücüləri saatlarla sərhəddə sərnişin gözləməli olurlar. Onlar hətta gediş haqqını belə azaltmalı olublar. İrandan turist axınının azalması turizm agentliklərinin qiymətləri qaldırması ilə izah olunur.

Qeyd edək ki, keçən il Novruz bayramını qeyd etmək üçün İrandan Ermənistana 15 min turist gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR