Torontoda Xocalı soyqırımının qurbanları anılıb

Torontoda Xocalı soyqırımının qurbanları anılıb
# 19 fevral 2013 03:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Kanadanın Toronto şəhərində Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib. Bu barədə APA-ya Kanadada yaşayan soydaşımız, GAİP İnsan Haqları Mərkəzinin rəhbəri Oğuz Türk məlumat verib. O bildirib ki, fevralın 17-də yerli vaxtla saat 18:00-da başlayan anım mərasimində Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla anılıb: “Daha sonra məruzəçilər erməni təcavüzündən və Xocalı faciəsindən danışdılar. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq erməni təcavüzünü və onların törətdiyi bu faciəni unutmamalıyıq. Bu bizim Vətənimiz və millətimiz qarşısında mənəvi borcumuzdur. Biz də Torontoda yaşayan azərbaycanlılar olaraq Xocalı qurbanlarını anmağı özümüzə borc bildik. Xaricdə yaşasaq da yeni nəsil tariximizi öyrənməlidir. Ümid edirik ki, Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR