TQDK növbəti sınaq imtahanının nəticələrini açıqlayıb

TQDK növbəti sınaq imtahanının nəticələrini açıqlayıb
# 24 aprel 2013 15:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprel 21-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib. Aprelin 21-də keçirilən sınaq imtahanı TQDK-nın bu il ərzində keçirdiyi sayca 3-cü, yeni kitabça ilə olan 2-ci imtahanıdır.

Qeyd edək ki, sınaq imtahanı respublikanın 28 şəhər və rayonunda 49 binada təşkil olunub. İmtahanda 35 minə yaxın abituriyent iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR