Bakıda qızıl oğrusu yaxalanıb

Bakıda qızıl oğrusu yaxalanıb
# 04 mart 2015 08:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də günorta saatlarında Arzu Mirzəyevanın evindən açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1967-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyev tutulub. Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək tiryək aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR