Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavirə keçirilib - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 19 fevral 2013 13:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyevin «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı ilə əlaqədar olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) üzv və tabelikdə olan təşkilatların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. AHİK-dən APA-ya verilən məlumata görə, müşavirədə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, Dövlət Proqramının icrası ölkənin inkişafı üçün çox böyük rol oynayıb: “Dövlət Proqramının icrası nəticəsində bölgələrin siması dəyişir, sənaye mərkəzləri yaradılır, müasir standartlara uyğun yüzlərlə emal, istehsal, sosial obyektlər tikilib istifadəyə verilir, insanların yaşayış səviyyəsi yüksəlir. Bütün ölkəni əhatə edən yol-nəqliyyat, içməli su, suvarma-meliorasiya layihələri başa çatdırıldıqdan sonra Azərbaycan həqiqətən də müasir Avropa standartlarına uyğun infrastruktura malik ölkəyə çevriləcək”.

Prezident İlham Əliyevin konfransdakı çıxışında vəzifəsinin öhdəsindən gələ bilməyən, ölkə başçısının etimadını doğrultmayan kadrlar barəsindəki kəskin tənqidi fikirlərinə toxunan S.Mehbalıyev insan amilini, insan kapitalını ön plana çəkən prezident İlham Əliyevin “Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır” sözlərini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Konfederasiya sədri üzv təşkilatlarının rəhbərlərinə onların həmkarlar ittifaqı üzvləri tərəfindən yığıncaqlarında seçildiklərini, birbaşa onlara xidmət göstərməyə, sosial-iqtisadi problemlərinin həllində yardımçı olmağa, işçilərin əməyinin və sağlamlıqlarının mühafizəsinin yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə etməyə borclu olduqlarını xatırladıb.

Həmkarlar ittifaqı təşkilatlarının rəhbərlərinin işəgötürənlərlə birlikdə işçilərin problemlərinin həllinə həssasıqla yanaşmalarının vacibliyini vurğulayan AHİK sədri onlarla birbaşa təmasda olmağı tövsiyə etmiş və müşavirə iştirakçılarına ölkə prezidentinin konfransdakı çıxışı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar özünün məsləhət və tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR