Bakıda "İslam maarifçiliyi və müasir dövr" adlı beynəlxalq konfrans keçirilir - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Bakıda "İslam maarifçiliyi və müasir dövr" adlı beynəlxalq konfrans keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 aprel 2015 08:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfrans AMEA Rəyasət Heyətinin qərarı əsasında akademiya, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.


Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların yaşadığını, onlar üçün bütün lazımi şərait yaradıldığını deyib.

Plenar iclasda Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Küveytdən Adel əl-Falah və digər rəsmi şəxslər iştirak edir.

Dövlət müşaviri Kamal Abdulla prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.


İki gün davam edəcək toplantının yekununda Bəyannamə və konfrans iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunacaq.

*** *** ***

Saat 11.09

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan paytaxtında “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Türkiyə, İran, Küveyt, Səudiyyə Ərəbistanı Krallığı, Mərakeş, Finlandiya, Almaniya, Avstriya, İsveç, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan gəlmiş hökumət üzvləri, tanınmış elm və din xadimləri, Azərbaycandakı xristian və yəhudi icmalarının nümayəndələri iştirak edirlər.

Konfransda "Qloballaşan dünyada İslam maarifçiliyinin əhəmiyyəti", multikulturalizm, dinlərarası dialoq və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR