Maydan Azərbaycanın 40-dək bölgəsində arxeoloji qazıntılar başlanır

Maydan Azərbaycanın 40-dək bölgəsində arxeoloji qazıntılar başlanır
# 01 may 2013 10:52 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Bu il Azərbaycanın 40-dək bölgəsində arxeologi ekspedisiyalar aparılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bildirib. Onun sözlərinə görə, arxeoloji qazıntılar bu aydan başlanır və noyabra qədər davam edəcək. Artıq Şəmkirdə və Qəbələdə arxeoloji ekspedisiyalar başlayıb. Digər eskpedisiyalar isə mərhələ-mərhələ yola salınacaq.

Qazıntılar ölkənin bütün bölgələrini əhatə edəcək. N. Müseyibli deyib ki, təkcə Qarabağ ərazisində 5 arxeoloji ekspedisiya çalışacaq. Onlardan biri beynəlxalq ekspedisiyadır. Bu il Azərbaycan ərazisində 6 beynəlxalq arxeoloji ekspedisiya fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR