Norveç – Azərbaycan oyununun keçiriləcəyi stadion müəyyənləşib

Norveç – Azərbaycan oyununun keçiriləcəyi stadion müəyyənləşib
# 02 mart 2015 10:40 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində keçirəcəyi növbəti səfər matçının məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 12-də Norveçə qarşı keçiriləcək qarşılaşma “Ullevol” stadionunda baş tutacaq.

Paytaxt Oslodakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Norveçlilər seçmə mərhələnin bu il baş tutacaq 4 ev görüşünün hamısını bu arenada oynamağa qərar verib.

Qeyd edək ki, 1925-ci ildə inşa olunan “Ullevol” stadionu 25572 tamaşaçı tutumuna malikdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR