Bank Of Baku

Gədəbəy sakini keçmiş məhkum yoldaşı tərəfindən bıçaqlanıb

Gədəbəy sakini keçmiş məhkum yoldaşı tərəfindən bıçaqlanıb
# 21 may 2018 14:22 (UTC +04:00)

Gədəbəydə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb. Rayonun Qumlu kənd sakini Əliyev Rövşən Malik oğlu döş qəfəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

R. Əliyevin dediyinə görə, o əvvəllər bir yerdə həbsdə olduğu 1996-cı il təvəllüdlü Elvin Azad oğlu Məmmədov tərəfindən bıçaqlanıb. E. Məmmədov hadisdən sonra könüllü olaraq polisə təslim olub.

 

Faktla bağlı araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR