Bank Of Baku

Bakı–Sumqayıt yolunda zəncirvari qəza: xəsarət alanlar var

Bakı–Sumqayıt yolunda zəncirvari qəza: xəsarət alanlar var
# 06 iyul 2026 01:38 (UTC +04:00)

Bakı–Sumqayıt avtomobil yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, ilkin məlumata görə, qəza "Lada", "KamAZ", "Chevrolet", "Ford" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza yerinə təcili tibbi yardım briqadaları, polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Hadisə səbəbindən Bakı–Sumqayıt avtomobil yolunda nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR