İranda növbəti zəlzələ baş verib

İranda növbəti zəlzələ baş verib
# 26 aprel 2013 00:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Aprelin 25-də İranda növbəti zəlzələ baş verib. APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakət İranın Sistan və Bəlucistan vilayətində yerli vaxtla saat 17:15-də meydana gəlib. 4.3 bal gücündə olan zəlzələnin episentri Sistan və Bəlucistan vilayətinin Kaş şəhərində qeydə alınıb. Yer səthinin 85 kilometr dərinliyində baş verən təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, aprelin 25-də İranın Kirman vilayətində də zəlzələ baş verib. 4.0 bal gücündə və yerin 18 kilometrliyində meydana gələn təbii fəlakətin episentri Kirman vilayətinin Fəryab şəhərində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR