Azərbaycan və Yaponiya seysmoloqları Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinq aparacaqlar - FOTO

Azərbaycan və Yaponiya seysmoloqları Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinq aparacaqlar - <span style="color: red;">FOTO
# 24 oktyabr 2014 12:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişləndirəcək.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, bu barədə mərkəzin baş direktoru Qurban Yetirmişli və Yaponiyanın "SHINYEI OYO S-İ" şirkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub.

Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair maraqlı işlər apardıqlarını və Yaponiyada bu işlərin böyük maraq doğurduğunu qeyd edib: “Biz gələcəkdə bu sahədə sizinlə təcrübə mübadiləsinin genişləndirmək niyyətindəyik".

RSXM-nin baş direktoru Q.Yetirmişli isə ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib.

Görüşdə həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsi haqqında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR