SAM-da “Ermənistan iqtisadiyyatın təhlili” mövzusunda hesabatın təqdimatı keçirilib - FOTO

SAM-da “Ermənistan iqtisadiyyatın təhlili” mövzusunda hesabatın təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 07 fevral 2013 08:53 (UTC +04:00)

APA-nın məlumatına görə, hesabatda Ermənistan iqtisadiyyatı, ölkədə sosial vəziyyət, insanların yaşadığı çətin durum barədə məlumat verilib.

Tədbiri giriş sözü ilə açan SAM-ın direktoru Fərhad Məmmədov ilk öncə Ermənistanda keçiriləcək seçkilər barədə fikirlərini bölüşüb. Prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsdi hazırkı hakimiyyətə çağırış kimi dəyərləndirən F. Məmmədov qeyd edib ki, fevralın 18-ə təyin olunan seçkilərdə əsas qüvvələrin iştirak etməməsi Serj Sərkisyanın seçkilərə əslində rəqibsiz qatıldığını göstərir: “Ermənistanda siyasət uydurma və yalan üzərində qurulub. Bu ölkədə baş verən hadisələr dünya ictimaiyyətini o qədər də maraqlandırmır, ABŞ və Avropa Birliyi tərəfindən susqunluqla qarşılanır. Ermənistan iqtisadiyyatı və cəmiyyəti militarizasiyaya məruz qalır, ölkənin ümumi daxili məhsulunun 10 faizi məhz bu məqsədlər üçün sərf olunur. Bunun nəticəsində də Avropa ölkələrində vətəndaşlıq almaq üçün müraciət edənlərin çoxu Ermənistan vətəndaşlarıdır”.

Daha sonra hesabatın təqdimatı keçirilib. Hesabatda bildirilir ki, 2009-cu ildə dünyada baş verən maliyyə və iqtisadi böhranın nəticələri Ermənistana kifayət qədər təsir göstərib. Ölkənin ÜDM göstəriciləri 14,1% azalıb, real ÜDM həcmi cəmi 3 mlrd. ABŞ dolları təşkil edib. Ermənistan iqtisadiyyatı yalnız 2012-ci ilin sonunda böhrandan əvvəlki səviyyəsini çətinliklə bərpa edib.

Büdcə sektorunda vəziyyətdən söz açan Zaur Vəliyev bildirib ki, Ermənistan dövlət büdcəsinin 70%-dən artıq hissəsini təşkil edən vergi daxilolmalarının böyük bir qismi ticarət sektorunun hesabına formalaşması Ermənistan iqtisadiyyatın real sektorunun zəif olmasından həmçinin, vergi yükünün kiçik və orta sahibkarlığın üzərinə düşməsindən xəbər verir. Ermənistanda 2013-cü ilin büdcəsində əmək haqları və pensiya üzrə artım nəzərdə tutulmayıb.

Ölkənin sosial vəziyyətindən danışan Z.Vəliyev bildirib ki, Ermənistanda təbii artım getdikcə zəifləyir, əhali qocalır. Hesabata əsasən, 2011-ci ildə ölkəni 71 374 nəfər vətəndaş tərk edib, son 3 ildə ölkəni tərk edən vətəndaşlar ümumi əhalinin 5 faizinə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR