Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 İyul
# 16 iyul 2016 18:20 (UTC +04:00)

YORUM...


Tanış səhnələrdir. Azərbaycan xalqı da ən yeni tarixində belə çevriliş cəhdlərini yaşayıb. Və küçələrə çıxaraq dövlətin, dövlətçiliyin yanında olduğunu nümayiş etdirib.

Türkiyə Cümhuriyyəti tarixində isə iki dəfə çevrilişlər baş tutub. Bu, onlardan növbətisi ola bilərdi. Amma olmadı. Bunun baş verməsinin qarşısını məhz türk xalqı aldı. Türk xalqı sübut etdi ki, heç bir qüvvə onun mövqeyini dəyişə bilməz. Küçələrə çıxanlar həm də seçicilər idi. Onlar öz fədakarlıqları ilə nümayiş etdirdilər ki, Türkiyə demokratik bir dövlətdir və Türkiyədə hakimiyyətə gəlməyin yolu yalnız sandıqdan keçir.

Türkiyə yenə şəhid verdi. Bəli, həyatını itirən 200-ə yaxın insan məhz şəhiddir. Onlar vətəndaş müharibəsinin başlamaması üçün öz canlarından keçdilər. Onlar ölkəni çaxnaşmaya salmaq istəyənləri başa saldılar ki, istənilən vətəndaş öz qanı hesabına olsa belə, buna imkan verməyəcək...

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR