Cəlilabad rayonunda 24 ton ot bağlaması yanıb

Cəlilabad rayonunda 24 ton ot bağlaması yanıb
# 22 avqust 2015 07:02 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Cəlilabad rayonu, Edişə kəndində yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış 24 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR