Bakı. “Aqrolizinq” ASC "Bank Technique" ASC ilə əməkdaşlığı dayandırıb.
Bankdan “APA-Economics”ə bu məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, “Aqrolizinq” ASC-nin saytında yerləşdirilmiş məlumata görə, bundan sonra quruma bank xidmətlərini "Kapital Bank" ASC göstərəcək.
Xatırladaq ki, buna qədər “Bakı Metropoliteni” QSC və Azərbaycanda fəaliyyət göstərən notariat kontorları da “Bank Technique” ilə əməkdaşlığı dayandırıblar.