Bakı. Etibar Məmmədov – APA. Bu gün İctimai Palata Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı “Xocalı” abidəsini ziyarət edib.
APA-nın məlumatına görə, İP rəhbərliyi və üzvləri abidənin önünə əklil qoyaraq Xocalı qurbanlarının xatirəsini yad ediblər.
Abidə önündə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli çıxış edərək soyqırımla bağlı fikirlərini bildiriblər.