Qadın paltarında qaçmaq istəyən İŞİD-çilər tutulub - FOTO

Qadın paltarında qaçmaq istəyən İŞİD-çilər tutulub - <span style="color: red;">FOTO
# 16 noyabr 2015 07:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Suriyada Hələb şəhərindən qadın paltarında qaçmağa çalışan İŞİD terror qruplaşmasının onlarla üzvü saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə İranın “Fars” xəbər agentliyi xəbər yayıb. Bundan başqa, qruplaşma üzvləri üz üçün kosmetikadan da istifadə ediblər. Sübut üçün 2 kişinin qadın paltarında şəkilləri də yayılıb.

Agentliyin məlumatına əsasən, ötən həftə Suriya ordusu Hələb şəhərinin təxminən 410 km-ni İŞİD tərəfdarlarının işğalından xilas edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR