Azərbaycanda növbəti 3 il üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun Proqnozu təsdiq edilib

Azərbaycanda növbəti 3 il üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun Proqnozu təsdiq edilib
# 06 mart 2013 12:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” sərəncamının icrası olaraq Nazirlər Kabinetinin sərəncamı ilə “Növbəti 2013/2014 və sonrakı 2014/2015-cı-2016/2017-ci tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu” təsdiq edilib.

APA-nın xəbərinə görə, Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunur ki, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edilərək hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2013-cü il yanvarın 1-dən etibarən orta hesabla 40% artırılıb.

2012-ci ildə Azərbaycanda 7 ali təhsil, 11 orta ixtisas təhsili, 14 ilk peşə-ixtisas təhsili müəssisəsinin və 7 ümumtəhsil məktəbinin akkreditasiyası keçirilib. Ötən il 8 özəl məktəbəqədər, 4 ümumi təhsil, 2 ali və 1 əlavə təhsil müəssisəsinə lisenziya verilib, 7 müxtəlif təhsil müəssisəsinin lisenziyası uzadılıb. 2012-ci ildə ümumilikdə 7 ilk peşə-ixtisas təhsili müəssisəsi, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən 7 və 14 nömrəli peşə məktəbləri, Gəncə şəhərindəki 1 və 2 nömrəli peşə liseyləri, 1, 2 və 3 peşə məktəbləri əsaslı təmir edilib, Xəzər rayonunda incəsənət sahələri üçün bir sıra ixtisaslar üzrə kadr hazırlayan 5 nömrəli peşə məktəbi yenidən inşa edilib. Əmək bazarında işçi qüvvəsinə olan tələbatın öyrənilməsinin nəticələrinə əsasən ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı keçən illərə nisbətən 20,6% artırılıb. 20012-ci ildə ilk peşə-ixtisas təhsili müəssisələri üçün 15 adda 43300 nüsxə dərslik çap edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR