Zaqatala sakini göbələkdən zəhərlənib - VİDEO

Zaqatala sakini göbələkdən zəhərlənib - <span style="color: red;">VİDEO
# 26 aprel 2015 14:44 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 17 yaşlı oğlan göbələkdən zəhərlənib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Uzun Qazmalar kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Yasin oğlu Bəkirov aprelin 26-da saat 11 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Hakim müayinəsi zamanı məlum olub ki, 17 yaşlı Əhməd Bəkirov yaşadığı evdə ailə üzvləri ilə birlikdə göbələk yeyib.

Onda göbələkdən zəhərlənmə əlamətləri olduğu üçün xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakıya – Respublika Toksikologiya Mərkəzinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR