Arzu Rəhimov Tovuzda vətəndaşların qəbulunu keçirib

Arzu Rəhimov Tovuzda vətəndaşların qəbulunu keçirib
# 20 avqust 2014 15:31 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Tovuz rayonunda Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz şəhər və rayon sakinlərini qəbul edib.

Bu barədə APA-ya Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Qəbulda 20-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR