Azərbaycanın xarici işlər naziri İndoneziyanın Terrorizmə qarşı mübarizə Agentliyinin rəhbərinin müavinini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri İndoneziyanın Terrorizmə qarşı mübarizə Agentliyinin rəhbərinin müavinini qəbul edib - <span style="color: red;">FOTO
# 19 mart 2013 15:32 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Terrorizmə qarşı mübarizə Agentliyinin rəhbərinin müavini Hari Purvantonu qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İndoneziya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın terrorla mübarizə sahəsində əldə etdiyi uğurlardan söz açıb və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.

“Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya səfər edən Hari Purvanton ölkəmizdə gedən dinamik inkişafdan təsirləndiyini bildirib, eyni zamanda terrorizmə qarşı mübarizə sahəsində Azərbaycanın əldə etdiyi təcrübənin öyrənilməsində, eləcə də bu sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə həmçinin iki ölkə arasında iqtisadi və siyasi məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR