Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri: “Dağlıq Qarabağdakı separatçı rejimlə dostluq qrupu yaradılması ideyasını dəstəkləmirik”

Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri: “Dağlıq Qarabağdakı separatçı rejimlə dostluq qrupu yaradılması ideyasını dəstəkləmirik”
# 27 fevral 2013 13:58 (UTC +04:00)

Yuras Pojelanın bürosundan APA-ya verilən şərhdə deyilir ki, dünən Litva parlamentində “Litva-Ermənistan: keçmişə baxış” adlı konfrans təşkil olunub: “Bu konfrans zamanı Litva-Ermənistan parlamentlərarası dostluq qrupun üzvü Dalia Kuodite bəyan edib ki Litva qanunverici orqanın bir qrup üzvü bu ölkə ilə “Dağlıq Qarabağ Respublikası” arasında dostluq qrupun yaradılması ilə bağlı bəyannaməni qəbul ediblər. Biz çox təəssüf edirik ki, parlamentin bir neçə üzvü Xocalı faciəsi ildönümünə təsadüf edən belə bir tədbiri təşkil ediblər və Dalia Kuoditenin bu addımını dəstəkləmirik. Bu cür təşəbbüslər sülhün bərqərar olunmasına yardım etmir, əksinə vəziyyətini daha da gərginləşdirir. Litva parlamentinin bir çox üzvü Xocalı hadisələri ilə bağlı Avropa ictimaiyyətinə ünvanlanmış müraciətini imzalamaqla Azərbaycan xalqı ilə öz həmrəyliyini nümayiş etdiriblər”.

Xatırladaq ki, dünən erməni mətbuatı Litva Seymi üzvlərinin Seymlə Dağlıq Qarabağdakı separatçı rejim arasında dostluq qrupunun yaradılmasına dair qətnamə qəbul etdiyi barədə məlumat yayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR