Meksika Ali Məhkəməsi marixuananın istifadəsini qismən leqallaşdırıb

Meksika Ali Məhkəməsi marixuananın istifadəsini qismən leqallaşdırıb
# 05 noyabr 2015 02:13 (UTC +04:00)

Bakı-APA. Meksika Ali Məhkəməsi marixuananın şəxsi məqsədlər üçün becərərək istifadə etməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “NewYorkTimes” məlumat yayıb.

Sənəd marixuananın satışını və narkotik vasitələrin digər növlərinin istifadəsini nəzərdə tutmur.

Bundan əvvəl ABŞ prezidentliyinə namizəd, ölkənin sabiq dövlət katibi Xillari Klinton teledebatlar zamanı marixuananın ölkədə leqallaşdırılmasına qarşı olduğunu bildirib. Onun rəqibi, prezident postuna ən yaşlı namizəd Berni Sanders isə marixuananın leqallaşdırılmasını dəstəklədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR