Rusiya prezidenti və Səudiyyə Ərəbistanının kralı arasında telefon danışığı olub

Rusiya prezidenti və Səudiyyə Ərəbistanının kralı arasında telefon danışığı olub
# 16 sentyabr 2015 21:42 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 16-da Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz Əl Səud arasında telefon danışığı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, söhbət Səudiyyə Ərəbistanı tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər Fələstin-İsrail münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Söhbət zamanı Əl-Əqsa məscidi ərazisində fələstinlilər və İsrail təhlükəsizlik qüvvələri arasında baş vermiş kütləvi iğtişaşlara toxunulub”, Kremlin mətbuat xidməti bildirib.

Həmçinin tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafında qarşılıqlı səy göstərəcəklərini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR