Naftalanda sahibkarlar üçün treninq keçirilib

Naftalanda sahibkarlar üçün treninq keçirilib
# 01 mart 2013 16:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Naftalanda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə «Naftalan şəhərində kurortların inkişaf perspektivləri», «Biznes-planların və investisiya layihələrinin hazırlanması» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətlərinin təcrübəsi barədə iştirakçılara məlumat verilib.

Tədbirdə həmçinin iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, «Biznes planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimat keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR