Bakıda kimyəvi silahların transfer rejiminin texniki aspektlərinə dair beynəlxalq treninq keçirilir - FOTOSESSİYA

Bakıda kimyəvi silahların transfer rejiminin texniki aspektlərinə dair beynəlxalq treninq keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 22 aprel 2013 07:53 (UTC +04:00)

APa-nın məlumatına görə, bu bəyanatla Bakıda Xarici İşlər Nazirliyi və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (KSQOT) birgə təşkilatçılığı ilə Şərqi Avropa ölkələrinin gömrük qurumlarının nümayəndələri üçün kimyəvi silahların transfer rejiminin texniki aspektlərinə dair keçirilən regional təlim kurslarında KSQOT Katibliyinin nümayəndəsi Mina Senior-Farres çıxış edib.

O dünya dövlətlərinin 98 faizinin bu Konvensiyanı ratifikasiya etdiyini xatırladıb: “Konvensiyaya qoşulan ölkələrin üzərinə qoyulan öhdəliklərə əsasən, kimyəvi vasitələrin ticarəti, həmçinin bu ölkələrin ərazisindən keçirilən kimyəvi vasitələr monitorinq altında olmalıdır”. Mina Senior-Farres bu prosesdə gömrük orqanlarının gördüyü işin vacibliyini önə çəkib, bu sahədə regional əməkdaşlığın aktivləşdirilməsinin zəruriliyini vurğulayıb.

O Bakıda keçirilən treninqlərdə ölkə ərazisindən daşınan kimyəvi vasitələrə gömrük orqanlarının nəzarətinə dair konkret nümunələrin nümayiş olunacağını, gömrük xidmətləri arasında məlumat mübadiləsi aparılacağını deyib.

Qeyd edək ki, treninqlər Şərqi Avropanın gömrük strukturlarının nümayəndələri üçün təşkil olunub və kimyəvi silahların transfer rejiminin texniki aspektlərini əhatə edir.

Aprelin 26-da başa çatacaq treninqlərdə Makedoniya, Rumıniya, Ukrayna, Serbiya, Moldova, Monteneqro, Azərbaycan və digər ölkələrin gömrük strukturlarının nümayəndələri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR