Bank Of Baku

Vaşinqtonda minlərlə insan səsvermə hüquqlarının və vətəndaş azadlıqlarının qorunmasını tələb edib

Vaşinqtonda minlərlə insan səsvermə hüquqlarının və vətəndaş azadlıqlarının qorunmasını tələb edib
# 29 avqust 2026 01:34 (UTC +04:00)

Vaşinqtonda minlərlə insan səsvermə hüquqlarının və vətəndaş azadlıqlarının qorunması tələbi ilə yürüş keçirib.

“Reuters”in məlumatına görə, “2026-cı il Vaşinqton yürüşü: Səsverməni müdafiə et” adlı tədbir Martin Lüter Kinqin 60 ildən çox əvvəl Linkoln memorialında etdiyi tarixi çıxışını xatırladıb.

Keçirilən yürüşə həmkarlar ittifaqlarının üzvləri, tələbələr, qaradərili tələbə təşkilatlarının nümayəndələri, vətəndaş hüquqları fəalları və müxtəlif yaş qruplarından insanlar qatılıb.

Tədbiri “Al Şarptonun” rəhbərlik etdiyi Milli Fəaliyyət Şəbəkəsi, həmçinin Martin Lüter Kinq III və “Arndrea Waters King”in rəhbərlik etdiyi Drum Major İnstitutu təşkil edib.

Çıxış edənlər ABŞ-da səsvermə hüquqlarına qarşı təhlükələrin artdığını bildiriblər. Onlar Ali Məhkəmənin Səsvermə Hüquqları Aktının mühüm müddəalarından birini zəiflədən son qərarını, eləcə də ştatlarda seçki dairələrinin yenidən müəyyənləşdirilməsi təşəbbüslərini tənqid ediblər.

ABŞ senatoru Berni Sanders, Nümayəndələr Palatasında Demokratların lideri Hakim Ceffris və konqresmen Aleksandriya Okasio-Kortez də tədbirdə çıxış ediblər.

Natiqlər həmçinin qaradərili amerikalılar arasında işsizliyin artması, ev sahibliyinin azalması və siyasi təmsilçiliyə təhlükələrin sistemli ayrı-seçkiliyin yenidən güclənməsinin əlamətləri olduğunu deyiblər.

Tədbirin təşkilatçıları yürüşün həm keçmiş vətəndaş hüquqları mübarizəsini xatırlatmaq, həm də demokratiya və bərabərliyi qorumaq üçün yeni mübarizəyə çağırış məqsədi daşıdığını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR