Bank Of Baku

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 21 may 2018 10:50 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında mayın 22-də səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində mayın 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında mayın 22-də ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR