Urmiya gölü üzərində daha 9 bənd tikilir

Urmiya gölü üzərində daha 9 bənd tikilir
# 21 fevral 2013 12:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Urmiya gölü qurumağa davam edir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin Su İdarəsinin sədri Nağı Kərimi deyib.

O bildirib ki, Urmiya gölünə tökülən çayların üzərində daha 9 bənd də tikilir: “Yeni bəndlərin tikintisi davam edir. Hazırda Urmiya gölünə axan çayların üzərində 11 bənd var. Onlar 2 milyard kubmetr su tutumuna malikdirlər. Bu bəndlərin tikintisinə və gölə axan sulara nəzarət olmadığı üçün bu gün Urmiya tamam quruyur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR