Yanukoviçin müşaviri Donald Trampın seçki qərargahına rəhbərlik edəcək

Yanukoviçin müşaviri Donald Trampın seçki qərargahına rəhbərlik edəcək
# 21 iyun 2016 12:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin müşaviri olmuş Pol Manafort ABŞ-da prezidentliyə namizəd Donald Trampın seçki qərargahına rəhbərlik edəcək.

APA-nın məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.

Agentlik mənbəyə istinadən bildirir ki, Manafort Trampın qərargahı ilə aprel ayından əməkdaşlıq edir.

Seçki qərargahının əvvəlki rəhbəri Kori Levandovskinin işdən uzaqlaşdırılmasına səbəb kimi onun ABŞ mediası ilə gərgin münasibətləri, prezident kampaniyasının aparılmasında lazımi təcrübəsinin olmaması, Trampın qərargahında işləyən qızı İvanka ilə münaqişənin olması göstərilir.

Qeyd edək ki, P. Manafort 1978-ci ildə Ronald Reyqanın seçki kampaniyasını koordinasiya edib, 1988-ci ildə ata Corc Buşun müşaviri işləyib, 1996-cı ildə isə Bil Klintonun rəqibi Bob Doulun uğuru üçün çalışıb. 2000-ci illərdə o, V. Yanukoviçin müşaviri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR