ABŞ Ukraynaya zirehli hərbi maşınlar və pilotsuz uçuş aparatları göndərəcək

ABŞ Ukraynaya zirehli hərbi maşınlar və pilotsuz uçuş aparatları göndərəcək
# 11 mart 2015 16:06 (UTC +04:00)

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətində bildirib. Hərbi yükün ilk partiyası yaxın həftələrdə Ukraynaya çatdırılacaq.

ABŞ-ın Ukraynaya bir neçə ədəd “Raven” pilotsuz uçuş aparatı, 30 ədəd çoxməqsədli zirehli "Humvee" avtomobili və 200 ədəd adi “Humvee” avtomobili göndərəcəyi bildirilir. Bunlar letal (öldürücü) silahlar kateqoriyasına adi deyil. Yardımın həcmi 75 milyon dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, ABŞ hələlik Ukraynaya letal silahların verilməsi barədə qərar qəbul etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR