Notariat orqanlarında rəsmiləşdirilən hərəkətlərin sayı son 10 ildə 3 dəfə artıb

Notariat orqanlarında rəsmiləşdirilən hərəkətlərin sayı son 10 ildə 3 dəfə artıb
# 15 mart 2013 09:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Ötən il QHT-lərə qrantların verilməsi haqqında qeydə alınmış müqavilələr üzrə ümumi məbləğ 2011-ci illə müqayisədə 20 faiz artaraq 39.542.569 manat təşkil edib”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notarius Baş İdarəsinin rəisi İlqar Məmmədov deyib. İ. Məmmədov qanunvericiliyi və nizamnaməni pozan 187 təşkilata xəbərdarlıq edildiyini də bildirib: “Qanun pozuntularını aradan qaldırmaq barədə 11 göstəriş verilib”.

İdarə rəisi notariat orqanlarında rəsmiləşdirilən hərəkətlərin sayının son 10 ildə 3 dəfə artdığını da deyib: “2012-ci ildə bu hərəkətlərin sayı 4, 4 milyona çatıb. 1927-ci ildən bəri 1, 3 milyona yaxın notariat sənədini ehtiva edən Dövlət Notariat Arxivində vəsiyyətnamələrin elektron məlumat bazası yaradılıb”.

İdarə rəisi ölkə başçısı tərəfindən iş adamlarının hüquqlarının qorunması məqsədi ilə yaradılmış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə 110 mindən çox yoxlamanın keçirilməsi ilə bağlı informasiya verildiyini, qanunvericiliyə uyğun tərtib olunmadığı üçün 29 mindən artıq yoxlamanın qeydiyyata alınmadığını deyib.

Vərəsəlik hüququndan da danışan İ. Məmmədov ötən il vərəsəlik hüququ ilə bağlı 164 min şəhadətnamənin verildiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR