Ötən ay “E-hökumət” portalı üzərindən göstərilən xidmətlərdən ümumi istifadənin 21%-i ƏƏSMN-nin payına düşüb

Ötən ay “E-hökumət” portalı üzərindən göstərilən xidmətlərdən ümumi istifadənin 21%-i ƏƏSMN-nin payına düşüb
# 14 aprel 2015 07:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 104 903 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 22 725 ədəd istifadə sayı qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin ötən ay nazirliyin “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 8 265 ədəd təşkil edib. Hər üç xidmət “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında ilk yerləri tutur.

Ümumilikdə nazirliyin “Elektron hökumət” portalı üzərindən təqdim olunan bütün e-xidmətləri üzrə istifadə sayı 138 080 ədəd olmaqla bu portal üzərindən 42 qurum tərəfindən 280 növdə göstərilən e-xidmətlərdən cəmi istifadə sayının (658 481 ədəd) 20,9%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR