«Qalatasaray» böyük hesabla «Real»a məğlub olub

«Qalatasaray» böyük hesabla «Real»a məğlub olub
# 03 aprel 2013 22:35 (UTC +04:00)

Bakı-APA. Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyunlara yekun vurulub. Madridin «Real» klubu öz meydançasında Türkiyənin «Qalatasaray» komandasını qəbul edib. Oyun 3:0 hesabı ilə ispanların xeyrinə bitib. Topları 9-cu dəqiqədə Ronaldo, 29-da Benzema və 73-cü dəqiqədə İquain vurublar.

Eyni gündə keçirilən digər görüşdə İspaniyada yerli «Malaqa» ilə Dortmundun «Borussiya» klubları qarşılaşıblar. Oyun 0:0 hesabı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR