Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək
# 11 noyabr 2015 11:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo”) “APA-Economics”ə verilən məlumata görə, noyabrın 16-da Bakıda "Azpromo" və İran Ticarətinin İnkişafı Təşkilatı tərəfindən Azərbaycan-İran biznes forumu baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr biznes forumda iştiraka dəvət olunurlar. Biznes forumda iştirakda maraqlı olanlar "Azpromo"ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR