Xalq rəssamı Fərhad Xəlilovun əsərləri məşhur “Saatchi” qalereyasında nümayiş olunacaq - FOTO

Xalq rəssamı Fərhad Xəlilovun əsərləri məşhur “Saatchi” qalereyasında nümayiş olunacaq - <span style="color: red;">FOTO
# 10 mart 2015 13:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilovun əsərləri Londonda sərgilənəcək.

F.Xəlilovun APA-ya verdiyi məlumata görə, abstrakt ekspressionist əsərlər martın 11-dən 23-dək məşhur “Saatchi” qalereyasında nümayiş olunacaq: “Sərgi xeyriyyəçi və rəsm əsərləri kolleksioneri Fərhad Əhmədovun sponsorluğu ilə keçiriləcək. Bu, Fərhad Əhmədovun şəxsi təşəbbüsüdür və məqsəd Azərbaycan mədəniyyəti və incəsənətinin Londonda populyarlaşdırılmasından ibarətdir”.

F. Xəlilov əlavə edib ki, sərgidə əsas diqqət son dövrlərdə işlədiyi əsərlərə yönəldilsə də, yaradıcılığının daha erkən dövrlərinə aid işlər də təqdim ediləcək.

Qeyd edək ki, sərgi “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı və iştirakı ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR