Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 05 oktyabr 2015 08:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 4-ü saat 21:25 radələrində, Sabunçu rayonu Zabrat-Kürdəxanı şossesində qeydə alınıb. Zabrat qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əmir Əmirov idarə etdiyi «VAZ-2106» markalı avtomobilin idarəetməsini itirərək maneəyə vurub. Nəticədə, Ə.Əmirov xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR