Paşha Bank
Bank Of Baku

Oğuzda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Oğuzda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
# 16 aprel 2019 15:44 (UTC +04:00)

Oğuzda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Oğuz rayonu, Xaçmaz  kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Nail Vəlyəddin oğlu Kərimov yaşadığı evin vanna otağında yıxılıb. N. Kərimov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Tibb Müəssisəsindən ONA-ya bildirilib ki, N. Kərimovun ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR