Abdulla Abdullayevin kassasiya şikayəti üzrə məhkəmə təxirə salınıb

Abdulla Abdullayevin kassasiya şikayəti üzrə məhkəmə təxirə salınıb
# 01 iyun 2016 08:48 (UTC +04:00)

Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə “A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, buna səbəb A. Abdullayevin prosesə gətirilməməsi göstərilib.

Proses iyunun 10-da davam etdiriləcək.

Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Abdullayev bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR