Dağıstanda 2 polis əməkdaşı qətlə yetirilib

Dağıstanda 2 polis əməkdaşı qətlə yetirilib
# 15 avqust 2012 00:29 (UTC +04:00)
Bakı-APA. Dağıstanın Xasavyurt şəhərində naməlum şəxslər polis əməkdaşları olan avtomobili atəşə tutublar. Hücum nəticəsində 2 polis qətlə yetirilib. Bu barədə Dağıstan DİN-i məlumat yayıb.

Məlumatda deyilir ki, Xasavyurt şəhərindəki 12 nömrəli məktəbin yaxınlığında VAZ 2110 avtomobili ilə hərəkət edən naməlum şəxslər içərisində iki polis əməkdaşı olan VAZ 2110 patrul xidmətinin avtomobilini atəşə tutublar. Cavab atəşi ilə hücum edənlərdən biri öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR