Azərbaycanın gömrük orqanları büdcə ödənişlərini artırıb

Azərbaycanın gömrük orqanları büdcə ödənişlərini artırıb
# 06 avqust 2012 13:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Bu ilin iyul ayında gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 107 832,24 min manat vergi və rüsumlar ödənilib. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bunun 30 575,64 min manatı gömrük rüsumları, 64 960,84 min manatı əlavə dəyər vergisi (ƏDV), 10 797,33 min manatı aksizlər, 1 498,43 min manatı yol vergisinin payına düşüb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında gömrük orqanlarının xətti ilə büdcəyə 665,019 mln. manat vergi və rüsum toplanıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,35% artıqdır. İlk 7 ayda toplanan vəsaitin 190,847 mln. manatı gömrük rüsumları, 422,628 mln. manat ƏDV, 41,401 mln. manatı aksizlər, 10,144 mln. manatı yol vergisinin payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR