Azərbaycan Dubayda keçirilən beynəlxalq telekommunikasiya sərgisində iştirak edir

Azərbaycan Dubayda keçirilən beynəlxalq telekommunikasiya sərgisində iştirak edir
# 16 oktyabr 2012 12:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dubay şəhərində (BƏƏ) keçirilən «ITU World Telecom-2012» beynəlxalq sərgi və konfransında Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə 63 nəfərdən ibarət nümayəndə heyəti, o cümlədən 20-dən artıq İT şirkəti, özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri təmsil edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərginin VIP zalında Azərbaycanın Milli Pavilyonu təşkil olunub.

Pavilyonda Azərbaycanda həyata keçirilən genişmiqyaslı layihələr – «Azerspace», Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), «Elektron hökumət», «Elektron imza», nanotexnologiyalar, rəqəmli televiziya, son mobil texnologiyalar olan 3G və 4G xidmətləri, eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində ən son elmi nailiyyətlər nümayiş etdirilir.

Qeyd edək ki, sərgidə 193 ölkədən 700-dən artıq şirkət, elm, informasiya-kommunikasiya texnologiyaları sahəsinin nümayəndələri iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR