Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 08 noyabr 2012 06:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 4,27 dollar və ya 4,8% azalaraq 1 barelə görə 84,44 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, noyabrın 7-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 4,25 dollar və ya 3,8% azalaraq 106,82 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR