Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd Dəstəsində 4 zastava kompleksinin açılışı olub

Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd Dəstəsində 4 zastava kompleksinin açılışı olub
# 16 avqust 2012 09:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz Sərhəd Dəstəsində 4 zastava kompleksinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. APA-nın məlumatına görə, açılış mərasimində DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev iştirak edib.

Mərasim çərçivəsində Füzuli rayonunun Böyük Bəhmənli, Bala Bəhmənli, Beyləqan rayonunun Əmirzeydli, İkinci Şahsevən və Xalac kəndlərində yerləşən sərhəd zastavaları açılıb.

General M. Abbasquliyev zastavalarda əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə, həmçinin zabit ailələrinin yerləşdiyi mənzillərlə tanış olub. DSX-nın rəis müavininə zastavalarda şəxsi heyətin xidməti və istirahəti üçün yaradılmış şərait barədə məlumat verilib. Qeyd olunub ki, SSRİ dövründə İranla sərhəddə inşa olunmuş bu sərhəd zastavaları uzun illərdən sonra ilk dəfədir əsaslı təmir olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR