Xəstəlikdən dünyasını dəyişən əsgərin atası müdafiə nazirinə müraciət edib

Xəstəlikdən dünyasını dəyişən əsgərin atası müdafiə nazirinə müraciət edib
# 16 avqust 2012 09:28 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, mərhum əsgərin atası, Qusar rayonunun Cibir kənd sakini Bəyov Hacıkərim Şıxkərim oğlu müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə müraciət edib.

Hacıkərim Bəyovun nazirə ünvanladığı teleqramda deyilir: «Cənab Səfər Əbiyev! Oğlum Bəyov Tayfur Hacıkərim oğlunun 06.08.2012-ci il tarixində Naxçıvan MR-də hərbi xidmətdə vəfat etməsi ilə bağlı internet səhifəsində yer alan informasiya ilə bağlı mənim və ailə üzvlərimin heç bir əlaqəsi yoxdur. Mən həyəcanlı olmuşam. Bakı şəhərindən gələn hərbi ekspertlər məsələyə aydınlıq gətirmişdir. Oğlumun ölümü ilə bağlı cinayət işinə nəzarəti gücləndirməyi xahiş edirəm».

Xatırladaq ki, mətbuatda Tayfur Bəyovun ölümü ilə bağlı bir sıra məqalələr dərc olunub, əsgərin meyitinin Məhkəmə Tibb Ekspertizası tərəfindən yarılması onun daxili orqanlarının çıxarılaraq satılması kimi təqdim edilib.

Qeyd edək ki, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N“ saylı hərbi hissəsində qeydə alınıb. Müdafiə Nazirliyi 1994-cü il təvəllüdlü Bəyov Tayfur Hacıkərim oğluun hemoqradik vaskulit xəstəliyindən hospitalda dünyasını dəyişməsi faktını təsdiqləyib.

T. Bəyovun bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR