Nazir müavini: “Azərbaycan tranzit ölkə kimi də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edə bilər”

Nazir müavini: “Azərbaycan tranzit ölkə kimi də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edə bilər”
# 27 sentyabr 2012 12:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Şahdəniz” qaz yatağının işlənməsinə başlanması nəticəsində Azərbaycan nəinki qaza olan tələbatını ödəyir, həm də bir neçə ölkəyə qaz ixrac edir. “APA-Economics”in xəbərinə görə, bunu sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, 2007-ci ilədək Azərbaycan özünün qaza olan tələbatını idxal hesabına təmin edib: “2007-ci ildən sonra isə Azərbaycan idxaldan imtina edib və tələbatını öz ehtiyatları hesabına təmin etməyə başladı. Bu riskli addım olsa da, özünü doğrultdu. Qarşıdakı hədəf Avropadır. İndi Azərbaycan qazının Avropaya ixracı istiqamətində işlər aparılır. Bu işlər çərçivəsində bir qədər əvvəl Azərbaycanla Türkiyə arasında Trans-Anadolu qaz kəmərinin tikintisi haqqında saziş imzalanıb. Bu kəmər vasitəsilə Azərbaycan qazı Türkiyə-Avropa sərhədinə çatdırılacaq. Qazın sonrakı nəql istiqamətləri üzrə mövcud variantlara baxılır”.

N.Abbasov qeyd edib ki, Azərbaycan tranzit ölkə kimi də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edə bilər: “Söhbət Türkmənistan qazının Azərbaycan ərazisindən nəqlindən gedir. Azərbaycan bunun üçün əlindən gələni etməyə hazırdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR