Saşa İliç: “Neftçi”ni məğlub etmək asan olmayacaq

Saşa İliç: “Neftçi”ni məğlub etmək asan olmayacaq
# 19 sentyabr 2012 13:50 (UTC +04:00)
Bakı – APA. “Hamınızı Belqradda salamlayıram. Sabah heyəti bizim kimi yaxşı olan “Neftçi” ilə oynayacağıq”. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Partizan”ın kapitanı Saşa İliç bu gün keçirilən mətbuat konfransında deyib.

“Qalatasaray”da çıxışı ilə tanınan təcrübəli yarımmüdafiəçi Avroliqanın qrup mərhələsinin ilk turunda “Neftçi” ilə ev oyunu haqda fikirlərini açıqlayıb.

İliç komandamızı güclü rəqib sayaraq, azarkeş dəstəyinə ehtiyaclarının olduğunu bildirib: “Hamımız sabah qələbə qazanmaq istəsək də, bu, asan olmayacaq. Çünki “Neftçi”nin yaxşı heyəti, çoxlu legionerləri var. Onlar arasında millidə çıxış edən futbolçular da yer alıb.

Ancaq biz azarkeşlərimiz qarşısında oynadığımızdan, qalib gəlməliyik. Bizə bir az kömək etsələr, qələbə qazanmağımız asanlaşacaq. “Partizan”da nəticə qazandıra bilən çox futbolçu var. Bizim komanda kimi yaxşı olmağımız vacibdir.

2004-cü ildə turnirdə yaxşı nəticələrimiz vardı. Onda Yunanıstanın “Olimpiakos” klubuna qalib gəlmişdik. İstəyirik ki, bu dəfə də uğurlu start götürək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR